Pic

Bir ailənin səyahət sevgisi

Səyahət naminə hər şeydən imtina etdilər

Meek ailəsi 2014-cü ilin əvvəllərində həyatlarını dəyişdirəcək radikal qərar qəbul etdilər. Bu qərar ailəni evsiz, işsiz, övladları isə məktəbsiz qoydu. Lakin ailə üzvləri bir məqsəd naminə hər şeydən imtina etməyi gözə aldılar. Bu məqsəd bütün regionu (İngiltərə, Uels, Şotlandiya, İrlandiya) gəzmək üçün səyahətə çıxmaq idi. İngiltərədə keçirilmiş müsabiqədə qalib olan Meek ailəsi səyahət üçün ideal vasitə olan "Karvan" maşınını qazandılar. Ailənin səyahət günləri heç də rəvan keçməmişdir. Ucsuz-bucaqsız çöllərdə, meşələrdə gecələyən ailə bu qərarı qəbul etməklə əslində doğmalarla birgə vaxt keçirmənin hər şeydən daha çox önəm daşıdığını və səyahətin insan həyatında daha vacib yer tutduğunu ictimaiyyətə çatdırmaq niyyətini güdürlər. Uzunmüddətli səyahətin insanın güclü xarakterə yiyələnməsi üçün vacib amil olduğunu bildirən ailə üzvləri belə həyat tərzini  hər kəsə məsləhət görürlər.

Meek ailəsi səyahət arealını genişləndirmək niyyətindədir. Növbəti hədəf Skandinaviyanı və Qərbi Avropa dövlətlərini fəth etməkdir. Ailənin niyyəti maliyyə vəsaiti tükənənə qədər səyahətlərini davam etdirməkdir.

Bəs Siz necə hər şeydən imtina edərək ailənizlə uzunmüddətli səyahətə çıxmağa cürət edərdinizmi?

Mənbə: https://www.theguardian.com/travel/2016/jan/30/meek-family-uk-caravan-road-outdoors