Pic

Dünya turizm sektoru, gözləntilər - 2030

Dünya turizm sektoru 2030-cu ilədək ciddi artım nümayiş etdirəcək

Dünya turizm sektoru üzrə araşdırma aparan beynəlxalq tədqiqatçılar 2030-cu ilədək bu sahədə ciddi inkişafın olacağını proqnozlaşdırırlar. Bir sıra maraq doğuran statistik proqnozlar aşağıdakı kimidir:

- 2030-cu ilədək beynəlxalq səyahətlərin sayı 2,4 milyarda çatacaqdır;

- Həmin səyahətlərdən əldə olunan gəlirin miqdarı 2,6 trilyon dollar təşkil edəcəkdir;

- Çin, ABŞ və Fransa artan turizm gəlirlərindən ən çox faydalanan dövlətlər olacaqdır;

- Dinamik şəkildə artan turizm sektoru səyahət agentliklərinin gəlirlərində də ciddi artıma səbəb olacaqdır;

- Vasitəçilər (turizm agentlikləri) tərəfindən təklif olunan turların 70 faizindən çox internet üzərindən satılacaqdır;

- Süni intellekt, digital platformanın inkişafı turizm sektorunda yeni meyllərin ortaya çıxmasına şərait yaradacaqdır.