Pic

Effektiv təyyarə səyahəti üçün 3 üsul

Effektiv təyyarə səyahəti üçün 3 üsul

Səyahət maraqlıdır. Yeni kəşflər, təəssüratlar və tanışlıqlar səyahətinizi zəngin və parlaq bir istirahətə çevirə bilər. Səyahətiniz səmərəli və sakit keçdikcə, səfərdən qazanacağınız əyləncə daha da artır və bu xoş əhval-ruhiyyə səyahətdən sonra uzun müddət davam edir.

Təyyarənin yola düşməsini uzun müddət gözləmək, hava limanınında qeydiyyatın ləngidilməsi və uçuş ən çox arzulanan səyahətlər zamanı belə turistin əhval ruhiyyəsinə mənfi təsir göstərə bilər.

Uçuşu necə rahat etmək olar? Sizlərə uçuşlarınızı daha xoş keçirməniz üçün 3 efektiv yol təklif edirik..

 

Uçuş üçün ən uyğun vaxt

Bir çoxları gecə uçuşunu daha uyğun hesab etsələr də, səhərlər uçmaq daha əlverişlidir. İlk növbədə hava şəraitinin əlverisli olmadığı halda səhər uçuşlarının ləğv olunma ehtimalı olduqca azdır. İkinci, səhərlər hava burulğanı daha az müşahidə olunur ki, bu da, aerofobiyası olan sərnişinlə rahatlıq bəxş edir.

Təyyarədə xüsusi menyu

Təyyarədə daha dadlı yemək istəyirsinizsə hava yollları tərəfindən təqdim olunan ənənvi koşer, halal, vegetarian yeməklərindənsə, xüsusi menyu seçməyə üstünlük verin. Bu yeməklər standard yeməklərdən daha dadlı olacaq.

İçkiləri düzgün seçin

Biz uçuş zamanı həkimlərin spirtli içkilər, tünd çay və kofe içmənin ziyanları barədə məsləhətlərini təkrar etməyəcəyik, biz gigiyenadan bəhs edəcəyik. Təyyarədə isti içkilərin hazırlanmasında istifadə olunan su nümunələrində bakteriya aşkarlandığını bilirdinizmi? Buna görə də sizə risk etməməyi, xüsusilə azyaşlı sərnişinlər üçün üstünlüyü tamamilə fabrikat üsullarla  hazırlanmış su, meyvə şirəsi və digər içkilərə verməyini məsləhət görürük.