Pic

Vyetnam - "Qızıl Körpü"

Vyetnam - "Qızıl Körpü"

Vyetnamım möhtəşəm “Qızıl Körpü”sü

2 milyard dollarlıq investisiyanın bir hissəsi olan “Qızıl Körpü” Vyetnamı dünyanın inkişaf edən turizm ölkələrindən birinə çevirmişdir. Da Nang şəhərinin kənarında inşa edilmiş körpü dünyanın ən heyrətamiz körpülərindən hesab olunur.

Ba Na təpələrində, dəniz səviyyəsindən 1220 metr yüksəklikdə yerləşən “Qızıl Körpü” 2 nəhəng daş əllə tutulmuş şəkildə dizayn edilmişdir. Ümumi uzunluğu 152 metr təşkil edir.

Əlləri daşdan oyulmuş kimi görünsələr də, əlbəttə ki, onlar elə deyillər. "Biz əllərin skeletini hazırladıq və onları polad çəlləklərlə örtdük. Körpünün bütün tikintisi təxminən bir il çəkdi." deyə körpünü dizayn edən şirkət nümayəndəsi açıqlayıb.

2 milyard dollarlıq sərmayənin bir hissəsi olan “Qızıl Körpü”-nün tikilməsində əsas məqsəd Vyetnama çoxsaylı turistləri cəlb etmək olmuşdur. Vyetnam Statiska İdarəsinin məlumatına əsasən 2018-ci ilin ilk 2 ayında 2.86 milyon turist Vyetnama səyahətə gəlmişdir. 2017-cil iln eyni dövrü ilə müqayisədə bu 29.7 % artım demək idi.

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı tərəfindən nəşr olunan 2017-ci il hesabatında Vyetnam turizm artımına görə dünyada 7-ci yerdədir.

Vyetnam ilin sonuna qədər 15-17 milyon xarici turist cəlb etməyi hədəfləyir və ölkənin bu hədəfə çatma yolunda uğurla addımlayır.

Vyetnam, xarici ziyarətçilər üçün çox populyar səyahət yerləri halına gələn daha məşhur Cənub-Şərqi Asiya ölkələri ilə rəqabət axtarır. Cənub-Şərqi Asiyanın İndoneziya, Tayland və Malayziya kimi ölkələrinə hər il çoxsaylı turist gəlir.

2016-cı ildə Tailand 32.6 milyon, Malaziya 26.8 milyon,  İndoneziya isə 12 milyon xarici turist qəbul edib. Vyetnamda isə bu rəqəm 10 milyon idi. 2018-ci ilin ilk altı ayında isə Vyetnama artıq 7,8 milyon xarici qonaq səyahət edib.