(0)

HOTEL GARNİ İMSENG 3* (İSVEÇRƏ, ZAAS-FE)

Otel Zaas Fe-də qaldırıcı, kanat yolları və idman qurğularından bir neçə dəqiqəlik məsafədə yerləşir. Oteldən Isveçrə Alplarına gözəl mənzərə açılır.

Səhər yeməyi bar salonunda açıq bufet sistemi ilə təklif olunur. Burada qonaqlar otelin özəl şirniyyat evinin təzə sobadan çıxmış çörək və bulkalarından dada bilərlər. Burada həmçinin müxtəlif qəlyanaltılardan sifariş etmək olur. Qış aylarında otelin yaxınlığında açıq barda apres-ski təşkil olunur.

Qonaqlar əlavə ödənişlə qonşu otelindəki spa salonunda, sauna, buxar hamamı və hidromasaj vannası kimi prosedurlarından yararlana bilərlər.  

Otelin işiqlı Çay salonunda, eləcə də Zaas Fe ətrafındakı hündürlüyü 4000 metrdən artıq olan 13 dağ zirvələrinə mənzərəli Qiş bağında dincəlmək imkanı var.

Qonaqlar İyun ayından Oktyabr ayına kimi bütün kanat yolları (Alpin Express yolu istisna olmaqla) və Zastal-da ictimayi avtobuslardan pulsuz yararlana bilərlər. 

Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Zaas-Fe / Zaas-Fe
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1657 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı