(0)

KYRİAD HOTEL 4* (HİNDİSTAN, ŞİMALİ GOA)

Otel çimərlikdən piyada 7 dəqiqəlik məsafədə yerləşir. Şimali Goanın ən böyük çimərliyi olan Kalankut çimərliyindən piyada 5 dəqiqəlik məsafədə yerləşən KYRİAD HOTEL 4* müasir otaqları ilə qonaqların xidmətindədir. Burada açıq hovuz, spa mərkəzi və ödənişsiz avtodayanacaq mövcuddur.

Otelin otaqları taxta mebel, pulsuz Wi-Fi və kondisoner ilə təchiz olunub. Otaqlarda həmçinin seyf, peyk kanallı televiziya vəmini bar var.

Otaqlar 24 saat ərzində servis olunur. Qonaqlar böyük açıq üzgüçülük hovuzu və tam təchiz olunmuş fitnes zalından yararlana bilərlər.

24/7 fəaliyyət göstərən otelin kafesində Hind və Dünya mətbəxin təamları servis olunur. qonaqlar Qəlyanaltı və kokteylərdən  hovuz ətrafında yer alan barda dada bilərlər.

Otel Goa Beynəlxalg Havalimanından 40 km məsafədə yerləşir.

Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Goa / Goa
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1875 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı

(0)

EMERALD PALMS 4* (HİNDİSTAN, GOA)

EMERALD PALMS  oteli çimərlikdən 7 dəqiqə piyada məsafədədir. Benaulim və Varka çimərlikləri arasında yerləşən bu otel portuğal uslubunda tikilib. Burada açıq üzgüçülük hovuzu, spa salonu və geniş kondisionerli otaqlar qonaqların xidmətindədir.

Müasir tipli otaqlarda peyk kanalları ilə televizor, çay/kofe dəstgahı, vanna otağında pulsuz hamam-kosmetik ləvazimatları mövcuddur.

Spa salonunda masaj, fitnes mərkəzində isə idmanla məşgul olmaq imkanı var. Otelin ərazisində kitabxana, uşaqlar üçün əyləncə zalı və incəsənət dərnəkləri var.

La Terrazza restoranında hind və beynəlxalq, Grill restoranında isə açıq səma altında hind, continental və goa mətbəxlərin ləziz təamları təklif olunur. Sol barında müxtəlif içkilər sifariş oluna bilər. Otelin otaqları 24 saat ərzində servis olunur.

Emerald Palms oteli Margao Dəmiryolu Vağzalından 5.3 km, Dabolim Havalimanından isə 30 km məsafədə yerləşir.

 

Yerlərİn sayı
10 Yer
Başlama / Bİtmə yerİ
Goa / Goa
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1018

Ətraflı