(0)

PARK HYATT ISTANBUL - MACKA PALAS 5* (TÜRKİYƏ, İSTANBUL)

Bu 5 ulduzlu otel dəbdəbəli yaşayış və ticarət mərkəzi olan Nişantaşıda yerləşir. Otelin şəhərə mənzərəli geniş otaqları və luks şəraiti qonaqların xidmətindədir. Otelin hər otağında luks vanna otağı var.

Otel İstanbulun Sərgi və Konfrans mərkəzlərindən piyada 5 dəqiqəlik məsafədə yerləşir. Otelin bütün ərazisində pulsuz Wi-Fi var.

Park Hyatt Istanbul - Maçka Palas möhtəşəm müasir otelin dekorunda istifadə olunmuş art-deko tarixi memarlıq elementləri ahəngdar şəkildə innovasiya tendensiyaları ilə uzlaşır.

Otelin The Lounge şik restoranında qonaqlara gün boyunca yemeklər servis olunur. Bundan əlavə restoranda qəlyanaltı, ləziz yemək, çay və premium spirtli içkilərin sifarişi mümkündür. Otelin ərazisində ödənişsiz avtodayanacaq mövcuddur.

Otel İstanbulun City's Nisantasi Ticarət mərkəzi və Moda Akademiyasından piyada cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir. Otelin yaxınlığında müxtəlif populyar bar və restoranlar fəaliyyət göstərir.  

Yerlərİn sayı
10 Yer
Başlama / Bİtmə yerİ
Istanbul / Istanbul
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1081 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı

(0)

ARGO HOTEL 3* (YUNANISTAN, RODOS)

Otel çimərlikdən piyada 2 dəqiqəlik məsafədə yerləşir. Kikladik tərzdə tikilən, Mikonosun mavi bayraqlı Platis-Yalos çimərliyindən cəmi 100 m uzaqlıqda yer alan  bu otel hovuz mənzərəli otaqları ilə qonaqların xidmətindədir.

Geniş  klassik mebel ilə təchiz olunmuş otaqlarda kondisioner, fen, televizor və seyf mövcuddur.  Otelin bütün otaqlarından açıq hovuza mənzərə açılır.   

Səhər yeməyi hər gün hovuz ətrafında servis olunur. Oteldən 100 m məsafədə, Avli Tou Thodori çimərliyində yerləşən restoranda Yunan və Aralıq dənizi mətbəxin müxtəlif təamları təklif olunur. Axşam saatlarında isə qonaqlar hovuz başında yerləşən barda içkilərdən dada bilərlər.

Otel Mikonos şəhərindən 3.5 km məsafədə yerləşir. Psaru çimərliyinə isə piyada 5 dəqiqəlik yoldur. 

Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Ródos / Ródos
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
548 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı

(0)

SUSANTHA GARDEN HOTEL 3* (ŞRİ-LANKA, BENTOTA)

Otel çimərlikdən 2 dəqiqəlik piyada məsafədə yerləşir. Palma və düzənlənmiş baxçaların əhatəsində yer alan Susantha Garden oteli cənubi Şri Lankanın kiçik bir qəsəbəsində münasib qiymətləri ilə qonaqların xidmətindədir. Bentota Dəmiryolu Vağzalı və Bentota çimərliyi cəmi 500 m uzaqlıqdadır. Sadə bir şəkildə döşənmiş otaqlar ventilyator və ya kondisioner ilə təchiz olunub. Özəl vanna otaqlarında duş mövcuddur. Otel Katunayake Beynəlxalq Havalimanından 68 km məsafədə yerləşir. Otelin ərazisində suvenir mağazası və çamaşırxana fəaliyyət göstərir. Otelin restoranında qərb, asiya, vegetarian, eləcə də yerli Şri Lanka mətbəxin təamları təklif olunur.


Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Bentota / Bentota
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1116 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı

(0)

HİLTON SHARKS BAY RESORT 4* (MİSİR, ŞARM EL ŞEYX)

Otel çimərlikdən 4 dəqiqəlik piyada məsafədə yerləşir. Palmaların əhatəsində yer alan bu otel Şarm el Şeyx Beynəlxalq Havalimanından cəmi 5 km məsafədə yerləşir. Burada özəl çimərlik, maraqlı ailəvi əyləncə programlarıı və unudulmaz istirahət üçün bütün şərait yaradılıb.

Otelin müasir otaqlarında balkon, düz ekranlı televizor və soyuducu, vanna otağında isə hamam xalatı və dıgər lazımı ləvazimatlar mövcuddur.

Sharks Bay otelin ərazısində 7 hovuz, böyük terras, tam təchiz olunmuş müasir trenajor zalı, eləcə də Qirmızı dənizə mənzərəsi olan masaj kabineti qonaqların xidmətindədir.

Uşaqlar üçün burada uşaq klubu, hovuz və animatorlar təşkil olunub.

Otelin ərazisində fəaliyyət göstərən 13 restoran və barlarda dünya mətbəxin təamları servis olunur.

Aşxam saatlarında qonaqlar vaxtlarını Mahfouz və Il Rustico restoranlarında keçirə bilərlər. Qırmızı dənızə mənzərəsi olan Sunset barında isə ekzotik kokteylərdən sifariş etmək imkanı var.

Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Sharm el-Sheikh / Sharm el-Sheikh
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
1155 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı

(0)

AMBER HOTEL ISTANBUL 4* (TÜRKİYƏ, İSTANBUL)

Sultanəhməd məsçidi və Kapalı Çarşıya qısa bir məsafədə İstanbulun qədim bölgəsində Kumkapıda yerləşən bu özəl otel Osmanlı üslubunda tikilib və saysız xidmətləri ilə qonaqların xidmətindədir.

Otelin otaqları iran xalçaları kimi ənənəvi elementlərlə klassik tərzdə dekor edilib.

Marmara dənizinə mənzərəsi olan otelin restoranında türk və dünya mətbəxin təamları servis olunur. Qonaqlar bar və damda yer alan terrasda vaxtlarını keçirə bilərlər.

Oteldə yemək və içkilərin otaqlara çatdırılma xidməti və wi-fi mövcuddur. Otaqlar mini-bar və kondisioner ilə təmin olunub.

Yerlərİn sayı
15 Yer
Başlama / Bİtmə yerİ
Istanbul / Istanbul
Yaş aralığı
1-99 Yaş
Yerləşdİrmə
Otel
Nəqlİyyat
Təyyarə
789 *2 nəfərlik otaqda 1 nəfər üçün

Ətraflı